donna-logo

Dizayn və çatdırılma

Oğlanlar üçün uşaq otağının oyun detallarına malik minimalist üslubda interyeri dizayner Alina Kolva tərəfindən işlənib hazırlanmışdır. Şkaf və yumşaq mebel DONNA mebel fabriki tərəfindən təmin edilib.

Uşaq otağı elə dizayn olunmalıdır ki, yaxın gələcəkdə böyüyən uşağın yeni maraqlarına uyğun şəkildə dəyişdirilə bilsin. Buna görə də, dizayner pryanikli ev formasında olan yumşaq divar panellərindən, müasir və funksional rəflərdən və qəşəng uşaq çarpayısından ibarət olduqca sevimli kompozisiya təklif etmişdir.


Materiallar

Sweet Dreams divar panellərindən ibarət kompozisiya italyan velüründən və faner karkasdan hazırlanır. Çarpayı da eyni materialdan üzlənmişdir.

Müştərinin istəyindən asılı olaraq hər hansı digər növ tekstildən istifadə edilə bilər. Bundan əlavə, məhsulu tikmə, kristallar, muncuqlar və s. kimi dekorativ elementlərlə tamamlamaq olar. Formalar və ölçülər fərdi şəkildə müzakirə olunur.

Həmçinin, uşaq otağında kitablar və oyuncaqlar üçün açıq rəfləri olan geyim şkafı hazırlanmışdır.


Zəmanət və çatdırılma

DONNA fabrikinin komandası Azərbaycan və Avropa üzrə 24/7 sifarişləri qəbul edir, çatdırır və quraşdırır.
Azərbaycandan kənarda çatdırılma ilə bağlı məsələlər müştərinin ölkəsinə göndərilmə imkanları nəzərə alınmaqla fərdi qaydada müzakirə edilir.

Məhsul üçün zəmanət 1 ildir.


Detallar


Заказать бесплатный звонок
Введите имя Введите имя
Введите телефон
Введите сообщение